İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdullah əs-Səfədi oktyabrın 18-də Əmmanda ABŞ Prezidenti Co Baydenin iştirakı ilə keçirilməsi planlaşdırılan sammitin ləğv edildiyini açıqlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Belə ki, “Əmmanda dördtərəfli sammit keçirməmək qərarına gəldik”, - deyə nazir bildirib.
Qeyd edək ki, o bu qərarın Misir, ABŞ və Fələstinlə məsləhətləşmələrdən sonra verildiyini izah edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.