Oktyabrın 26-27-də Tbilisidə V Beynəlxalq İpək Yolu Forumu keçiriləcək. Bu barədə forumun rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Məlumata görə, forumda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edəcək. Əsədovun çıxışı tədbirin ilk gününə nəzərdə tutulub.
Bundan əlavə, forumda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Onun forumun ilk günündə çıxışı da gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.