AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmran Xan dövlət sirlərini açıqlamaqda təqsirli bilinir - KİV

  • + A
  • - A
  • 23-10-2023, 18:46

    İmran Xan dövlət sirlərini açıqlamaqda təqsirli bilinir -


    Pakistanın keçmiş Baş naziri İmran Xan dövlət sirlərini açıqlamaqda təqsirli bilinərək ittiham olunub.

    Məhkəmədə keçmiş Baş nazir və onun ovaxtkı xarici işlər naziri Şah Mahmud Qureyşiyə qarşı ittiham irəli sürülüb.

    Bildirilib ki, o, ötən ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfirindən İslamabada göndərilən məxfi dövlət sirrini yaymaqda ittiham olunub.

    Xan və Qureşi ittihamları qəbul etməyib.

    Məhkəmə növbəti iclası oktyabrın 27-nə təxirə salıb.

    Qeyd edək ki, İmran Xan avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilib.

    Xanın mühakimə olunduğu korrupsiya işi çərçivəsində kəsilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb və keçmiş baş nazirin girov müqabilində sərbəst buraxılmasına qərar verilib. Lakin avqustun 30-da hakim Əbülhəsnət Zülkərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittiham olunan Xanın həbs müddətini uzadıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR