AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ilə ''Həmas'' arasında humanitar fasiləyə dair əldə olunan razılaşma əsas problemləri həll etmir - Antonio Quterreş

  • + A
  • - A
  • 29-11-2023, 10:12

    İsrail ilə ''Həmas'' arasında humanitar fasiləyə dair əldə olunan razılaşma əsas problemləri həll etmir -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail ilə ''Həmas'' arasında humanitar fasiləyə dair əldə olunan razılaşmanın əsas problemləri həll etmədiyini bildirib.
    Azadmedia.az xəbər verir ku, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Afrika İttifaqı (AfB) Komissiyasının sədri Mussa Faki Mahamat ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
    Belə ki, Qəzzada humanitar atəşkəsin elan edilməsinin vacibliyini vurğulayan Antonio Quterreş deyib: "Humanitar fasilə doğru istiqamətdə atılmış bir addım idi. Bu, ümidin simvolu idi, lakin qarşılaşdığımız əsas problemləri həll etmir".
    Həmçinin Antonio Quterreş məhbusların qeyd-şərtsiz və dərhal azad edilməsini və Qəzzadakı insanlara humanitar yardımın dərhal çatdırılmasını təmin edəcək humanitar atəşkəs məsələsində israr etdiklərini vurğulayıb.
    Humanitar fasilədən sonra hücumlara yenidən başlayacağını bildirən İsrail hökumətinə də mesaj ünvanlayan Antonio Quterreş deyib: "Mesajım çox açıqdır. Humanitar atəşkəsə ehtiyacımız var".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR