Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov V Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
Bu barədə Pakistan XİN-in “X” hesabında bildirilib.
Tərəflər regional proseslərlə bağlı məhsuldar müzakirələr aparıb, Pakistan və Azərbaycan arasında mövcud yaxın və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər gələcək dövrdə təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.