İzmirin Torbalı rayonunda bir məktəbdə hücum planlaşdırdığı iddia edilən 8 şagird jandarma qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Torbalı rayonundakı Özəl İzmir Pancar O.S.B. Peşə və Texniki Anadolu Liseyində təhsil alan bir qrup şagirdin öz aralarında yaratdıqları mesajlaşma qrupunda terror aktı planlaşdırdıqları müəyyən edilib. "12/A Aviyonik" adlı 20 nəfərlik "WhatsApp" qrupunda yazışan şagirdlərin, son günlərdə Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarına bənzər bir aksiya üzərində detallı müzakirələr apardıqları bəlli olub.
Əldə edilən məlumatlar əsasında hərəkətə keçən jandarma qrupları müəyyən olunmuş ünvanlara eyni vaxtda əməliyyat təşkil edib. Əməliyyat nəticəsində mesajlaşma qrupunda yer alan və hücum hazırlığında olduğu iddia edilən T.Y., A.K., A.E.Ö., E.K., R.D., F.G., Ç.S. və A.Ç. yaxalanaraq nəzarətə götürülüb. Şübhəlilərin evlərində və rəqəmsal daşıyıcılarında aparılan axtarışlar zamanı əldə edilən sübutlar ekspertizaya göndərilib.
Saxlanılan 12-ci sinif şagirdlərinin Rayon Jandarma Komandanlığındakı dindirilmələri davam edir. Respublika Prokurorunun göstərişi ilə hadisə ilə bağlı başladılan genişmiqyaslı araşdırmalar sürdürülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.