AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ mühasirə altındakı Qəzza zolağında "humanitar fasilə"nin ən qısa zamanda yenidən başlaması üçün səylər göstərir - Con Kirbi

  • + A
  • - A
  • 2-12-2023, 21:07

    ABŞ mühasirə altındakı Qəzza zolağında "humanitar fasilə"nin ən qısa zamanda yenidən başlaması üçün səylər göstərir -



    Amerika Birləşmiş Ştatları (ABŞ) mühasirə altındakı Qəzza zolağında "humanitar fasilə"nin ən qısa zamanda yenidən başlaması üçün səylər göstərdiklərini açıqlayıb.
    Azadmedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi gündəlik mətbuat konfransında İsrailin intensiv hücumlarının davam etdiyi Qəzzada "humanitar fasilə''nin bərpası üçün bölgə ölkələri ilə birlikdə çalışdıqlarını söylədi.
    Belə ki, rəsmi Vaşinqtonun İsrail, Misir və Qətərlə atəşkəsin yenidən qüvvəyə minməsi üçün çalışdığını ifadə edən Con Kirbi ''Həmas''ın 7 günlük “humanitar fasilə”nin sona çatmasına görə məsuliyyət daşıdığını bildirib.
    Həmçinin Con Kirbi deyib:"Humanitar fasilə ''Həmas''a görə sona çatdı. Onlar bu fasiləni uzadacaq girovların siyahısını hazırlaya bilmədilər''.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR