Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətini qeyd edib. Azadmedia.az xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk Milad bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” bayram xeyir-duasını oxuyub, çıxış edib və təbrikini çatdırıb.
Belə ki, çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən danışan Roma Papası vurğulayıb:
“Qoy, Ermənistanla Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Bu sülh prosesini dəstəkləmək üçün humanitar təşəbbüslərin davam etdirilməsi, köçkünlərin qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmətin olması vacibdir”.
Qeyd edək ki, Papa Fransisk həmçinin Yaxın Şərqdə, eləcə də digər münaqişə zonalarında sülhün əldə olunmasının vacibliyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.