AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Con Kirbi Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dair dəstəklərinin davam etdiyini bildirib - KİV

  • + A
  • - A
  • 18-01-2024, 13:45


    Con Kirbi Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dair dəstəklərinin davam etdiyini bildirib -



    Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dair dəstəklərinin davam etdiyini açıqlayıb.
    Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Con Kirbi keçirdiyi gündəlik mətbuat konfransında Türkiyeyə F-16 satışını qiymətləndirib.
    Belə ki, Co Bayden administrasiyasının vəzifəyə gəldikdən sonra bu mövzuda eyni yolu izlədiyini qeyd edən Con Kirbi deyib: "Əlavə F-16-ların satışına və Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə dəstək verməyə davam edirik".
    Həmçinin Con Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt veriləcəyi ilə bağlı satış cədvəli ilə əlaqədar dəqiq bir tarix verə bilməyəcəyini bildirib.
    Qeyd edək ki, ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq məlumat verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR