Bugünkü çoxqütblü dünya hələ də nüvə təhlükəsi ilə üz-üzədir. Azadmedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Belə ki, “Dünyamız ekzistensial çağırışlarla üzləşir. Lakin qlobal birlik son 75 ildə heç vaxt olmadığı qədər bölünüb. Hətta Soyuq müharibə dövrü daha təhlükəsiz idi. Halbuki, həmin vaxt nüvə müharibəsi təhlükəsi real idi. Buna görə də ABŞ və Sovet İttifaqı silahlandırmanın azaldılması, onlar üzərində nəzarətin bərpası və s. ilə bağlı razılıq əldə ediblər”, - deyə o bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, dünya daha iki təhlükə - iqlim böhranı və nəzarətsiz süni intellekt ilə üz-üzədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.