Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının böyük İstanbul mitinqi təşkil edilib.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mitinq Atatürk hava limanının ərazisində baş tutub.
“Yenidən İstanbul” şüarı ilə seçkilərə gedən partiyanın İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Türkiyənin sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumdur.
Çıxışında ötən il prezident seçkilərində İstanbuldan səslərin 48 faizini topladığını qeyd edən Rəcəb Tayyib Ərdoğan bunun üçün seçicilərə təşəkkürünü bildirərək Murat Kurumla İstanbulda yeni bir dövrün başlayacağını deyib.
Mitinqə təxminən 650 min nəfər iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.