"Girovlar qaytarılmayana qədər dayanmayacağıq".
Azadmedia.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant ABŞ dövlət katibi Entoni Blinkenlə martın 25-da baş tutmuş görüşünə dair "X" hesabında paylaşımında bildirib.
Belə ki, "Biz HAMAS-ın darmadağın edilməsi üçün tələb olunan hərbi əməliyyatlarımızın davam etdirilməsini və onun hakimiyyətinin dağılmasına səbəb olacaq zəruri tədbirləri müzakirə etdik. Mən katib Blinkenin bir daha diqqətinə çatdırdım ki, biz bütün oğurlananları qaytarana qədər Qəzzada döyüşləri dayandırmayacağıq və açıq şəkildə bildirdim ki, yalnız dəqiq qərar müharibəyə son qoyacaq", deyə nazir Qallant bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.