İsrailin müdafiə naziri Yoav Qallant Livan sərhədindəki gərginliyi qiymətləndirib.
Azadmedia.az xəbər verir ki, Yoav Qallant İsrailin hücumlarına görə Qəzzanın şimalındakı yurd-yuvalarından didərgin düşən fələstinliləri misal çəkərək, livanlıların da eyni vəziyyətlə üzləşə biləcəyini bildirib.
Belə ki, “Buradan Livan vətəndaşlarına müraciət edirəm. Qəzzada vətəndaşların ağ bayraqlarla sahil boyu yürüş edərək cənuba doğru hərəkət etdiyini görürəm”, deyə Yoav Qallant qeyd edib. Həmçinin Yoav Qallant Hizbullahın Livanı mümkün müharibəyə sürükləməklə səhv etdiyini bildirib.
Qeyd edək ki, Yoav Qallant Hizbullahın bu cür səhvə yol verəcəyi təqdirdə Beyrutun taleyinin Qəzzanın aqibəti ilə eyni olacağını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.