Rusiya və Türkiyə bir çox müxtəlif mövzuları, o cümlədən Qara dənizlə bağlı məsələləri müzakirə edirlər.
Azadmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, “Reuters“ agentliyi öz mənbələrinə istinadən Türkiyənin iki aydır ki, Ukrayna və Rusiya ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair saziş üzrə danışıqlar aparması barədə məlumat yayıb. Məlumatda Kiyevin sazişdən imtina etdiyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.