AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsi qəbul edilir - KİV

  • + A
  • - A
  • 20-04-2024, 12:31

    ABŞ-da Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsi qəbul edilir -



    Vaşinqtonda ümidlər artır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsini qəbul edəcək.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Financial Times”da yayılan məqalədə bildirilib.

    Belə ki, bununla da respublikaçıların müqaviməti nəticəsində aylardır davam edən çıxılmaz vəziyyətə son qoyulacaq. Lakin müharibədən yorulmuş Ukraynada əhval-ruhiyyə kəskin şəkildə fərqlidir.

    Qeyd olunub ki, “ABŞ-da qanun layihəsinin qəbulu çox ehtiyac duyulan artilleriya sursatlarının cəbhəyə göndərilməsinə imkan verəcək. Bu da çox güman ki, Ukraynadakı “mərmi aclığını” azaldacaq. Döyüş meydanındakı komandirlər deyirlər ki, Rusiya hazırda hər Ukrayna mərmisinə 10-dan çox mərmi ilə cavab verir. Lakin Kiyev yenə də ciddi canlı qüvvə çatışmazlığı ilə üzləşəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR