AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Moskvanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə cavab verəcək - Pentaqon

  • + A
  • - A
  • 2-05-2024, 12:17

    ABŞ Moskvanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə cavab verəcək -


    ABŞ Rusiyanın İran və Şimali Koreya ilə hərbi əməkdaşlığını diqqətlə izləyir və digər ölkələrin Moskvanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə cavab verəcək.

    Azadmedia.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

    Belə ki, Vaşinqton Şimali Koreya, Rusiya və İran arasında münasibətlərin dərinləşməsindən narahatdır.

    Həmçinin Sinq qeyd edib ki, Vaşinqton vəziyyəti nəzarətdə saxlamaqda davam edir və regiondakı müttəfiqləri ilə qarşılıqlı əlaqəni artırır:

    “Vaşinqton Ukraynanı cəbhə üçün lazım olan silahlarla təmin edir və müharibədə Rusiyaya kömək edənlərə qarşı sanksiyalar tətbiq edir”.

    Qeyd edək ki, o KXDR-in Ukraynaya qarşı Rusiya tərəfində döyüşmək üçün öz vətəndaşlarını göndərməsi ilə bağlı məlumatı təsdiqləməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR