AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarici işlər naziri ATƏT sədri ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini müzakirə edib

  • + A
  • - A
  • 6-05-2024, 23:35

    Xarici işlər naziri ATƏT sədri ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini müzakirə edib


    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Malta Respublikasının xarici işlər naziri, ATƏT-in hazırkı sədri Yan Borq arasında telefon danışığı olub. Bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Telefon danışığı zamanı ATƏT-in gündəliyində duran məsələlər, o cümlədən regional vəziyyət müzakirə olunub.

    Söhbət zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri və ATƏT-in hazırda üzləşdiyi vəzifələr üzrə Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

    Nazir Ceyhun Bayramov, həmçinin münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi və ölkənin bu məsələlərə yanaşması barədə ətraflı məlumat verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR