AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kosmosun hərbiləşdirilməsi çox narahatedici bir tendensiyadır - BMT

  • + A
  • - A
  • 7-05-2024, 13:06

    Kosmosun hərbiləşdirilməsi çox narahatedici bir tendensiyadır -



    Mayın 6-da BMT Baş Assambleyası Rusiyanın Təhlükəsizlik Şurasında kosmosda silahlanma yarışının qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini bloklayan vetosunu müzakirə edib.

    Azadmedia.az BMT saytına istinadla xəbər verir ki, Rusiyanın qətnamənin əleyhinə səs verməsi səbəbindən Təhlükəsizlik Şurası keçən ay lehinə 13 səs alan mətni qəbul edə bilməyib, Çin isə bitərəf qalıb. Qətnamə layihəsi ABŞ və Yaponiya tərəfindən irəli sürülüb və 60-dan çox ölkə tərəfindən dəstəklənib.

    Belə ki, Baş Assambleyanın sədri Dennis Frensisin iştirakçılara müraciətində qeyd olunub ki, kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməsi ilə bağlı konsensus əldə olunmaması narahatlıq doğurur. O əlavə edib: “Kosmos ayrı-ayrı xalqlara aid deyil. Onun dinc və davamlı istifadəsi milli mənimsəməyə tabe deyil və bütün ölkələrin maraqları və mənafeyi naminə sülh və əməkdaşlıq yeri olmalıdır. Kosmosun hərbiləşdirilməsi çox narahatedici bir tendensiyadır. Bu, inamsızlığı və parçalanmanı daha da dərinləşdirməklə yanaşı, həm də qaçılmaz olaraq Yerdəki həyatı təhdid edir və fəlakətli nəticələrə səbəb ola bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR