AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ buna görə İsrailə yüksək dəqiqlikli bombaların çatdırılmasını gecikdirir - KİV

  • + A
  • - A
  • 8-05-2024, 11:26

    ABŞ buna görə İsrailə  yüksək dəqiqlikli bombaların çatdırılmasını gecikdirir -



    ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə siyasi mesaj göndərmək məqsədilə yüksək dəqiqlikli bombaların çatdırılmasını gecikdirir.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.
    Belə ki, ABŞ səlahiyyətliləri yəhudi dövlətinə peyklə idarə olunan yüksək dəqiqlikli bombaların, JDAM komplekslərinin satışını hələ təsdiq etməyiblər.

    Həmçinin bildirilib ki, Vaşinqton administrasiyası potensial satışdan imtina etmir, lakin İsrailə siqnal göndərmək üçün silahların ötürülməsi prosesinin təsdiqlənməsini və digər aspektlərini gecikdirir.

    Qeyd edək ki, demokrat Bayden İsrailə silah göndərməzdən əvvəl şərtlərin qoyulmasını tələb edən bəzi partiya üzvlərinin təzyiqi altındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR