AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəfah şəhərinə başlayan quru işğalını pisləyən bəyanat yayıldı - Fransa XİN

  • + A
  • - A
  • 11-05-2024, 12:08


    Rəfah şəhərinə başlayan quru işğalını pisləyən bəyanat yayıldı -

    Fransa Xarici İşlər Nazirliyi İsrail ordusunun mayın 7-də Rəfah şəhərinə başlayan quru işğalını pisləyən bəyanat yayıb.

    Azadmedia.az xəbər verir ki, bəyanatda bu hücumun Qəzzanın mülki əhalisi üçün fəlakətli vəziyyət təhlükəsi yarada biləcəyi vurğulanıb.

    Belə ki, “Biz İsrail hakimiyyətini bu hərbi əməliyyatı dərhal dayandırmağa, girovların azad edilməsinə və davamlı atəşkəsə aparan yeganə mümkün yol olan danışıqlar yoluna qayıtmağa çağırırıq”, - deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    Fransa həmçinin İsraili Rəfah keçidini dərhal açmağa çağırıb ki, bu da həm humanitar yardımın mülki şəxslərə çatması, həm də ən həssas insanların Qəzza zolağından çıxmasına imkan vermək üçün lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR