AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın xarici işlər naziri: Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi

  • + A
  • - A
  • 13-05-2024, 13:49

    Ermənistanın xarici işlər naziri: Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi

    Almatıda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair press-relizdə öz əksini tapıb.

    “Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”, - Mirzoyan bildirib.

    Qeyd edək ki, mayın 10-11-də Azərbaycan XİN rəhbərləri ilə birbaşa danışıqlar aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR