İran yüzlərlə ton nüvə xammalının tədarükü ilə bağlı Nigerlə gizli danışıqlar aparır.
Azadmedia.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Qərb və Nigeriya mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, bildirilir ki, təxminən 56 milyon avro dəyərində uran filizinin tədarükü ilə bağlı danışıqlar Fransa və ABŞ-ın kəşfiyyat xidmətlərinə məlum olub.
Xatırladaq ki, Nigerin Arlit şəhəri ərazisində uran yataqlarının işlənməsi daha öncə Fransanın dövlət şirkəti Orano tərəfindən həyata keçirilib. Fransanın həm nüvə silahı, həm də nüvə enerjisi istehsalı üçün ehtiyac duyduğu uran məhz bu yataqlardan gəlir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.