İraq höküməti BMT Baş katibindən 2025-ci ilin sonuna kimi ölkəyə yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib.
Azadmedia.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, mayın 9-da İraqın Baş naziri bununla bağlı Baş katib Antoniu Quterreşə məktub ünvanlayıb.
Qeyd olunub ki, "Biz İraqda 2003-cü ildən işləyirik. Mandat məsələsi ilə bağlı məktub aldıq və həmin məktubu BMT Təhlükəsizlik Şurasının prezidentinə göndərmişik. Çünki mandatı TŞ müəyyən edir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.