Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident vurğulayıb ki, Si Cinpinin rəhbərliyi ilə Çin Xalq Respublikasının, o cümlədən Çin iqtisadiyyatının əldə etdiyi nailiyyətlər Azərbaycanı dost və tərəfdaş kimi sevindirir. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlət başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.