ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya döyüş meydanındakı vəziyyəti dəyişə biləcək böyük həcmdə yardımın gələcəyini vəd edib.
Azadmedia.az xəbər verir ki, Blinken bunu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
Belə ki, “Hamımız sizin hədsiz möhkəmliyinizə, dözümlülüyünüzə, gücünüzə və liderliyinizə heyranıq. Bilirik ki, çətin vaxtdır, amma onu da bilirik ki, kömək yoldadır, bəziləri artıq gəlib və çoxu da gəlməkdədir. Və bu, döyüş meydanında Rusiyanın davam edən təcavüzü ilə mübarizədə fərq yaradacaq. Ukraynanın bir çox tərəfdaşı ilə birlikdə sizin döyüş meydanında uğur qazanmağınızı təmin etməyə sadiqik”, - deyə Blinken bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.