Rusiya Türkiyə ilə xüsusi kanallar vasitəsilə dialoq aparır.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə dövlət çevrilişinə mümkün hazırlıq barədə məlumatı şərh edərkən bildirib.
Belə ki, Diplomatdan Rusiyanın 2016-cı ildə olduğu kimi, bu vəziyyətdə də Türkiyəyə kömək edib-etməyəcəyi soruşulub.
Bildirib ki, “Mənə elə həmin hadisəni xatırlatdığınız üçün deyirəm ki, o vaxt bu, ictimai şəkildə yox, müvafiq kanallar vasitəsilə konstruktiv şəkildə edildi. Ənənəvi olaraq türkiyəli həmkarlarımızla belə dialoqu davam etdiririk”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.