Slovakiyanın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Zuzana Çaputova təklif edib ki, ölkədəki bütün partiyalar Baş nazir Robert Fikoya qarşı sui-qəsd cəhdindən sonra Avropada seçkilərlə bağlı seçki kampaniyasını dayandırsınlar.
Azadmedia.az "Reuters"ə istinadən xəbər verir ki, Slovakiya prezidenti tərəflərə müraciət edib ki, onlar birlikdə ölkədəki gərgin vəziyyəti sakitləşdirsinlər.
Belə ki, Fikonun siyasi rəqibi olan Çaputova dünənki sui-qəsdin "demokratiyaya hücum" olduğunu bildirib.
Həmçinin "Gəlin, nifrət və qarşılıqlı ittihamlar dairəsindən çıxaq. Dünən baş verənlər fərdi bir hərəkət idi, lakin gərgin nifrət mühiti bizim kollektiv işimizin nəticəsidir", deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.