Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında" qanuna qarşı çıxan gəncləri açıq müzakirəyə dəvət edib.
Azadmedia.az xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.
Belə ki, “Düşünürəm ki, emosiyaların səngiməsi fonunda qanunla bağlı sağlam müzakirələr aparmaq üçün daha yaxşı imkan var. Etiraz aksiyalarında iştirak edən gənclərə ictimai müzakirələrdə iştirak etmək üçün 10-a qədər namizəd ayırmağı təklif edirəm. Nüfuzlu ekspert hesab etdiyiniz iki və ya üç orta yaşlı insanı müzakirəyə cəlb edə bilərsiniz”, - deyə Kobaxidze bildirilib.
Həmçinin o, təklifinin cavabsız qalmayacağına ümid etdiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.