AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın dini lideri kitab sərgisində özünü rüsvay etdi - Xamenei

  • + A
  • - A
  • 17-05-2024, 23:38

    İranın dini lideri kitab sərgisində özünü rüsvay etdi -

    İranın dini lideri Əli Xameneinin 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində italiyalı yazıçı İqnazio Silonenin “Çörək və şərab” romanı ilə bağlı dedikləri sosial şəbəkənin İran seqmentində gülüş yaradıb.

    Azadmedia.az xəbər verir ki, italiyalı yazıçının kitabını əlinə alan Xamenei onu oxuduğunu və dəyərli kitab olduğunu iddia edib.

    Belə ki, “Bu kitabı oxumuşam. Bu, yunanların türklər, Osmanlı türkləri barədə dedikləridir. Kitab yunanların türklər qarşısındakı məzlumluqlarını çox gözəl şəkildə təsvir edib”, - deyə Xamenei bildirib.
    Lakin adıçəkilən əsərin İran rəhbərinin iddia etdiyi mövzu ilə heç bir əlaqəsi yoxdur. Kitab antifaşizm mahiyyəti daşıyır və faşizmin İtaliyada hakimiyyətə gəlməsindən bəhs edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR