Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahianın helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Belə ki, “Rusiyada İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizin həqiqi, etibarlı dostları kimi tanınırdılar. Qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının və etibarlı tərəfdaşlığın möhkəmləndirilməsində onların rolu əvəzsizdir. Biz həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün dost İran xalqına səmimi qəlbdən başsağlığı veririk. Bu kədərli saatda düşüncələrimiz, qəlbimiz sizinlədir”, - deyə Lavrov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.