AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov İrana başsağlığı verdi

  • + A
  • - A
  • 20-05-2024, 12:58

    Zakir Həsənov İrana başsağlığı verdi

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.

    Başsağlığında deyilir:

    "Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

    Ruhları şad, xatirələri əziz olsun.

    Allah rəhmət eləsin".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR