Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərilməsi barədə danışarkən konkret olaraq nəyi nəzərdə tutduğunu anlamıram.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Belə ki, “Onlar qoşunlar haqda danışırlar. Hələ ki, bunun nə dərəcədə həqiqəti əks etdirdiyini, doğru olub-olmamasını, mümkünlüyünü bilmirəm. Mən yenə də Emmanuelə göstərdiyi cəsarətə və sairəyə görə minnətdaram, lakin biz onun tam olaraq nə etmək istədiyini, bunun nə ola biləcəyini və bizə necə kömək edə biləcəyini başa düşməliyik", - deyə Zelenski bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.