Qərb dövlətləri Rusiya ilə əlaqələri tamam kəsmək istəmirlər.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu York Times”a müsahibəsində deyib.
Belə ki, “Bizim tərəfdaşlarımız, prinsipcə, Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsiləcəyindən qorxurlar. Hər kəs öz səfirliyini bağladı? Xeyr. Hər kəs Rusiya diplomatlarını evinə göndərdi? Xeyr. Hər kəs Rusiya ilə qapıları bir az aralı saxlayır”, - deyə Zelenski bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.