AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstan MDB-yə üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsinə sadiqdir - Japarov

  • + A
  • - A
  • 24-05-2024, 11:48

    Qırğızıstan MDB-yə üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsinə sadiqdir -


    Qırğızıstan MDB-yə üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsinə və çoxtərəfli formatda qarşılıqlı əlaqələrin artırılmasına sadiqdir.

    Azadmedia.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının üzvləri ilə görüşündə deyib.

    Belə ki, o, görüşün birgə qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün lazımi şərait yaradacağına ümidvar olduğunu bildirib.

    Qeyd edək ki, Bişkekdə MDB-nin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 54-cü iclası keçirilir. İclasda Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev təmsil edir.

    Həmçinin iclasda əsas diqqət MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi üzrə ümumi yanaşmaların işlənib hazırlanması və onların zərərsizləşdirilməsinə ayrılacaq. Eyni zamanda xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması da gündəlikdə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR