AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vladimir Putin bu barədə dəfələrlə danışıb.. - Peskov

  • + A
  • - A
  • 25-05-2024, 19:32


    Vladimir Putin bu barədə dəfələrlə danışıb.. -

    Rusiyada səfərbərlik tələb olunmur, Vladimir Putin bu barədə dəfələrlə danışıb.

    Azadmedia.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

    Belə ki, Peskov “Financial Times” qəzetinin Rusiyanın bu ilin sonu və ya gələn ilin əvvəlində səfərbərliyə başlamalı olacağını iddia etməsinə belə reaksiya verib.

    Həmçinin “FT-nin real mənzərəni başa düşməsi ehtimalı azdır, yalnız onu demək olar ki, bildiyiniz kimi, bizdə çox fəal şəkildə könüllülərin, muzdluların işə cəlb olunması prosesi gedir və bu, gündəlik olaraq baş verir. Prezident isə bir neçə dəfə deyib ki, hərbçilərin fikrincə, belə bir səfərbərliyə ehtiyac yoxdur”, - deyə Kreml rəsmisi qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR