Çin Xalq Respublikasının lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıdan gələn mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edib.
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Hazırda Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin dinamik inkişaf tendensiyası müşahidə olunur. İki ölkə arasında siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir, beynəlxalq aləmdə sıx qarşılıqlı fəaliyyət həyata keçirilir. Mən Çin-Azərbaycan əlaqələrinin inkişafına daha çox diqqət yetirirəm və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli münasibətlərin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və ən xoş arzularımı, dost Azərbaycana firavanlıq və qüdrət, xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, - təbrikdə deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.