Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs məsələsinə baxmağı mümkün hesab etmir.
Azadmedia.az xəbər verir ki, bunu Volodimir Zelenski xarici KİV-ə müsahibəsində bildirib.
Belə ki, onun sözlərinə görə, hazırda atəşkəs Ukrayna üçün çox təhlükəlidir. Rusiya bu vəziyyətdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər.
Həmçinin Rusiya Prezidenti Vladimir Putin cümə günü Minskdə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Moskva Kiyevlə dialoqu davam etdirməyə hazırdır. Lakin danışıqlara Türkiyə və Belarusda əvvəllər əldə edilmiş razılaşmalar əsasında, eləcə də sahədəki mövcud vəziyyəti nəzərə alaraq qayıtmaq olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.