AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seulda üçtərəfli toplantı keçirilir - KİV

  • + A
  • - A
  • 27-05-2024, 09:15

    Seulda üçtərəfli toplantı keçirilir -

    Mayın 27-də Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli toplantısı keçirilir.

    Azadmedia.az xəbər verir ki, bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısıdır.

    Belə ki, tərəflər iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə ediblər. Görüşdə 2025-ci və 2026-cı illəri Çin-Yaponiya-Cənubi Koreya mədəni mübadilə illəri elan ediblər.

    Həmçinin məlumata görə, görüşdə regional və beynəlxalq məsələlər də gündəmdə olub. Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Liderlər hər 3 ölkənin iş adamlarının iştirakı ilə təşkil olunacaq biznes forumda da iştirak edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR