Fransa tərəfi öz daxili işlər naziri Jerar Darmaninin məsuliyyətsiz və qəbuledilməz bəyanatına görə nəinki üzr istəmədi, əksinə, daha böyük güclə “Le Point” qəzetində və digər bu kimi KİV-lərdə Azərbaycana qarşı böhtan kampaniyasına başladı. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
“Fransanın Azərbaycana qarşı apardığı kampaniya öz xarici siyasətinin uğursuzluğunu ört-basdır etmək cəhdidir, hamı bilir ki, dünyaya “demokratiya dərsi” öyrətməyə çalışan bu ölkə beynəlxalq hüquq və insan haqları normalarını kobud şəkildə pozur. neokolonial siyasət həyata keçirir, irqçilik, ayrı-seçkilik və islamofobiyanı təbliğ edir”, - deyə o bildirib.
Diplomatın fikrincə, Fransa Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl onun “fəaliyyətinə” diqqət yetirməlidir.
Fransa tərəfi əmin olmalıdır ki, onun anti-Azərbaycan kampaniyası, eləcə də ədəbsiz bəyanatları və təxribatları cavabsız qalmayacaq.
Xatırladaq ki, mayın 16-da Fransanın daxili işlər naziri Jerar Dermanin “France 2” telekanalına müsahibəsində Azərbaycanı “diktatura” adlandırmışdı. Xarici İşlər Nazirliyi Daxili İşlər Nazirliyi rəhbərinin bəyanatına görə Fransa tərəfdən üzr istəməsini tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.