Rusiya Polşa diplomatlarının hərəkətini məhdudlaşdırmaq üçün cavab tədbirləri görəcək ki, Rusiyaya nifrət edən Polşa elitası peşman olsun.
Azadmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Belə ki, “Təfərrüat hələ məlum deyil. Polşa Xarici İşlər Nazirliyinin notası açıqlanıb. Biz onu alandan sonra araşdırıb, cavab tədbirləri görəcəyik ki, rus nifrətində boğulan Polşa elitası növbəti antirusiya addımlarına görə qəti şəkildə peşman olsun”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.