AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ-də “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub - Foto

  • + A
  • - A
  • 29-05-2024, 05:17

    BƏƏ-də “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub -


    Dubay, 29 may — Azadmedia.az


    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub.

    Azadmedia.az xəbər verir ki, dünyanın ən hündür tikilisi - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə bürünüb. Artıq altı ildir ki, ənənə halını alan bu möhtəşəm hadisə bu il də dünyanın ən hündür binasında təkrarlanıb.

    Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik missiyalarının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.

    Qeyd edək ki bu barədə Dubayda yaşayan diaspora fəalı Röyal Piriyev məlumat verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR