AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalanıb - KİV

  • + A
  • - A
  • 29-05-2024, 05:29

    Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalanıb -


    Avropa İttifaqı və Norveç arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalanıb.

    Azadmedia.az xəbər verir ki, sənədi Avropa İttifaqı adından xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozep Borrell və Norveçin xarici işlər və müdafiə nazirləri imzalayıblar.

    Belə ki, Aİ-nin Xarici Xarici Fəaliyyət Ofsinin yaydığı açıqlamada bildirilib ki, bu tərəfdaşlıq Aİ-Norveç münasibətlərini növbəti səviyyəyə çıxararaq, həm Norveç, həm də Aİ vətəndaşlarına fayda verən kollektiv təhlükəsizliyə töhfə verəcək.

    Həmçinin "Bu, Ukraynaya ümumi davamlı dəstəyimiz, Norveçin Aİ-nin Kollektiv Təhlükəsizlik və Müdafiə Siyasəti missiyalarında və əməliyyatlarında iştirakı və Aİ-nin müdafiə təşəbbüslərində iştirakı kimi mövcud əməkdaşlıq sahələrini əhatə edir. O, həmçinin dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik və dezinformasiya da daxil olmaqla xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizə kimi sahələrdə praktik əməkdaşlığımızı gücləndirir və sülh vasitəçiliyi üzrə yeni imkanlar təqdim edir", - deyə açıqlamada qeyd olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR