İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub.
Azadmedia.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib.
Bildirilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.
Belə ki, təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib : “Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.
Həmçinin təşkilatın hesabatına əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə İranda edamların sayı iki dəfə artıb: “Naməlum səbəblərdən insanlar itkin düşür. Habelə ölkədə işgəncə və başqa qeyri-insani, alçaldıcı, qəddar əməllər mütəşəkkil şəkildə həyata keçirilir”.
Qeyd olunur ki, İran məhkəmə sistemi bu kimi qanunsuz əməlləri ictimailəşdirmir. İran İnsan Haqları Təşkilatı qeyd edib ki, İslam Respublikası 2023-cü ildə azı 22 qadını edam etməklə, dünyada bu göstəriciyə görə birinci yerdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.