İsraillə HƏMAS hərəkatı arasında nəzərdən keçirilən yeni razılaşma təkcə Qəzza zolağında müvəqqəti atəşkəsə deyil, həm də daha davamlı razılaşmalara gətirib çıxara bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə deyib.
Belə ki, "Düşünürəm ki, daha bir yeni təklifin nəzərdən keçirildiyini bilirsiniz. Və biz bunun üzərində irəliləyə biləcəyimizi görmək üçün əlimizdən gələni edirik. Çünki bu, müvəqqəti atəşkəslə yanaşı, daha qalıcı razılaşmaya gətirib çıxara bilər”, - deyə Kirbi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.