AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özəl universitetdə oxuyan bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək

  • + A
  • - A
  • 30-05-2024, 15:39

    Özəl universitetdə oxuyan bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək


    Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir.

    Bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

    Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteran” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR