Avstraliya hökuməti vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi, hazırda İranda olan avstralıyalıların isə İranı tərk etməsini məsləhət görüb.
Azadmedia.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Belə ki, xəbərdarlıq çağırışında İranda hökumətin şantaj məqsədilə adam oğurluğu təhlükəsi xatırladılıb, özbaşına həbs olunma riskinin yüksək olması diqqətə çatdırılıb.
Qeyd esək ki, Bəyanatda İranın İraq, Əfqanıstan və Pakistanla sərhəd bölgələri “son dərəcə təhlükəli” yerlər kimi qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.