Çin İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh konfransında iştirak etməyəcəyini təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Belə ki, “Pekin dəvəti qəbul etməyib, çünki tədbirdə iştirak etmək üçün onun şərtləri yerinə yetirilməyib. Hansı şərtlərin müzakirə olunduğu açıqlanmır”, - deyə mənbə bildirib.
Qeyd edək ki, sözügedən sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.