Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Azərbaycan, Rusiya və Çinə səfər edəcək.
Azadmedia.az xəbər verir ki, partiya sədri “Sözçü” qəzetinə müsahibəsində bu barədə danışıb. Bildirib ki, yalnız Avropa İttifaqına (Aİ) daxil olan ölkələrlə əlaqələr qurmur.
Belə ki, onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.
"Səfərlər bu gün və ya sabah olmayacaq, amma mütləq olacaq", - partiya sədri bildirib.
O, müsahibəsində iyunun 9-dan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.