ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Amerika istehsalı olan silahlarlarla Rusiya ərazisinə endirdiyi zərbələrin diapazonunun artacağını istisna etmir.
Azadmedia.az xəbər verir ki, bu barədə Blinken Praqada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Belə ki, “Biz nə etmişiksə, onu da davam etdiririk. Yəni, lazımı formada Ukrayna strategiyamızı adaptasiya və korrektə edirik”, - deyə o, Vaşinqtonun Ukrayna ordusunun Amerika silahları ilə Xarkov yaxınlığındakı Rusiya şəhərlərini vurmasına icazə verib-verməməsi ilə bağlı suala cavabında bildirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.