Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları keçirilir.
Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclasında TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri, o cümlədən Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edirlər.
Tədbirlər zamanı ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.